Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Meksika səfiri Lənkəranda olub

16 iyun 2022 | 17:23

16 iyun 2022-ci il tarixdə Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Rodriqo Labardini iqtisadi və mədəni əməkdaşlıq layihələrinin araşdırılması məqsədilə Lənkəranda səfərdə olub. Səfir səfər proqramı çərçivəsində öncə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb. Görüş zamanı Azərbaycan-Meksika dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından, diplomatik münasibətlərin qurulmasının 30 illiyindən danışan İcra başçısı ikitərəfli  qarşılıqlı əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Rəsmi qonağa Lənkəran rayonunun tarixi, coğrafi mövqeyi, ictimai-siyasi həyatı və sosial-iqtisadi potensialı barədə ətraflı məlumat verən T.Qaraşov xarici diplomatla rayonun Meksika ilə qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığının perspektivləri barədə müzakirələr aparıb. Səmimi qəbula və xoş söhbətə görə İcra başçısına təşəkkür edən səfir  dövlətimizin başçısı cənab İlham Əliyevin müdrikliklə həyata keçirdiyi uğurlu xarici siyasəti yüksək dəyərləndirib və bu siyasətin Meksika-Azərbaycan arasındakı əlaqələrin daha da möhkəmlənməsindəki rolunu xüsusi qeyd edib. Meksikalı diplomat ölkələrinin Lənkəranla qarşılıqlı iqtisadi və mədəni əlaqələrin qurulmasında maraqlı olduqlarını və əməkdaşlıq layihələrinin həyata keçirilməsi istiqamətində konkret addımların atılmasının mümkünlüyü barədə danışıb.  Görüş zamanı Meksikanın şəhərlərindən biri ilə Lənkəran şəhərinin qardaşlaşması məsələsi haqqında da danışılıb.Daha sonra səfir  Heydər Əliyev Mərkəzində, Xan evində, Xalça fabrikində, Hirkan Milli Parkında, Xanbulançay dəryaçasında olub, çay plantasiyasına baş çəkib, emal prosesi ilə yerindəcə tanış olub.

 

Keçidlər