Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Mamusta və Daşdalıqcar kəndlərinin sakinləri Taleh Qaraşovun səyyar görüş-qəbulundan razı qalıblar

11 yanvar 2024 | 16:13

   Yanvarın 10-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov cari ilin ilk səyyar görüş-qəbulunu Mamusta və Daşdalıqcar kəndlərinin sakinləri ilə  keçirib. İcra başçısı ilə birgə səyyar qəbulda icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.

    Lənkəran ŞİH başçısı Taleh Qaraşov təsdiq olunmuş qrafikə uyğun olaraq keçirilən görüş-qəbulda yerli sakinlərin şəxsi və ümumi problemlərini dinləyib, onların həlli ilə bağlı qanunamüvafiq addımların atılmasını aidiyyəti üzrə səlahiyyətli şəxslərə tapşırıb. İcra başçısı bildirib ki, dövlət başçısının göstərişinə uyğun olaraq yerlərdə keçirilən səyyar qəbul-görüşlər insanların gündəlik qayğı və problemlərinin öyrənilməsinə, onları narahat edən məsələlərin yerində araşdırılmasına, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olmaq məqsədini daşıyır.

    Taleh Qaraşov son dövrlərdə ölkəmizdə sosial-iqtisadi vəziyyətin  sürətlə inkişaf etdiyini, dayanıqlı iqtisadi inkişafın təmin olunması yönündə müxtəlif addımların atıldığını, insanların rifah halının yaxşılaşdırılması üçün çoxsaylı sosial yönümlü layihələrin həyata keçirildiyini və bütün bunların dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məqsəqyönlü siyasətinin real məntiqi nəticəsi olduğunu qeyd edib.

   Vətəndaşların maneəsiz, könüllü şəkildə fikir və istəklərinin rayon rəhbərliyinə çatdırılmasına tam şəraitin yaradıldığı görüş-qəbulda Mamusta və Daşdalıqcar kəndlərinin sakinləri onlara göstərilən səmimi yanaşmadan razılıqlarını ifadə ediblər.   Yerli sakinlər cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində sosial-iqtisadi vəziyyətlərinin günü-gündən yaxşılaşdığına görə onlara minnətdar olduqlarını qeyd ediblər.

 

Keçidlər