Liman və Şağlaserdə təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları açılıb
03 aprel 2023 | 12:05
Aprelin 1-də Liman və Şağlaser ailə sağlamlıq mərkəzlərinin tərkibində təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının açılışı baş tutub. Yeni yaradılan stansiyalar əhaliyə xidmət baxımından yeni yanaşmanın təzahürüdür. Belə ki, ətraf ərazilərdəki xəstələrin tibbi xidmətə əlçatanlığı daha rahat təmin olunacaq, vaxt itkisi minimuma endiriləcək və nəticədə vətəndaş məmnuniyyətinin təmin olunması maksimum səviyyəyə yüksəldiləcək.
Qeyd edək ki, yaxın müddətdə daha bir təcili və təxirəsalınmaz tibbi yardım stansiyanın açılışı nəzərdə tutulur.