Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran rayonu üzrə barama tədarükünün ilkin mərhələsi baş tutub

14 iyun 2025 | 12:18

  Baramaçılığın kənd təsərrüfatının iqtisadi cəhətdən səmərəli istehsal sahələrindən birinə çevrilməsi ölkəmizdə də bu sahəyə marağın artması ilə müşahidə olunur və qeyd edək ki, Azərbaycanda ipəkçiliyin inkişafı üçün böyük potensial mövcuddur. “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq respublikada ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticələrini verməkdədir. 

 Kənd əhalisinin rifah halının yaxşılaşdırılması və məşğulluğunun təmin olunmasında sosial-iqtisadi məsələ kimi ölkədə baramaçılığın bərpası və inkişafı nəzərəçarpaçaq dərəcədə əhəmiyyətə malikdir.

  Baramaçılıq sahəsində qabaqcıl təcrübə və ənənələrə malik kümçülərın müəyyənləşdirilməsi, tut ipəkqurdularının hər qutusundan məhsuldarlığın yüksəldilməsi hesabına barama istehsalının artımına nail olunması, aqrozootexniki tələblərə uyğun kümxanaların hazırlanması, dezinfeksiya işləri aparılması, ipəkqurduların düzgün bəslənməsi, xəstəliklərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi ilbəil daha effektiv şəkildə həyata keçirilir.

  Lənkəranda da respublikanın digər rayonlarında olduğu kimi baramaçılığın ildən ilə dayanıqlı inkişafına xüsusi diqqət göstərilir. Qeyd edək ki, cari ildə 1 şəhər, 7 qəsəbə və 33 kənddə 45 kümçüyə ümumilikdə 200 qutu ipəkqurdu sənaye toxumu paylanılıb.  

  Artıq iyun ayının 13-də Lənkəran rayonu üzrə barama tədarükünün ilkin mərhələsi baş tutub, ümumilikdə 2500 kiloqram barama təhvil verilib və yaxın günlərdə növbəti tədarükün həyata keçirilməsi nəzərdə tutulur.

Keçidlər