Lənkəranın icra başçısı İctimai Şuranın üzvləri ilə görüşdü
26 sentyabr 2022 | 12:40
Lənkəran ŞİH yanında İctimai Şuranın üzvləri İcra başçısı ilə görüşüblər. Görüş zamanı İctimai Şuranın fəaliyyəti ilə bağlı bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb. Görüşdə çıxış edən İcra başçısı Taleh Qaraşov İcra hakimiyyəti yanında İctimai Şuranın səmərəli fəaliyyətini qeyd edərək ötən dövr ərzində görülən işləri “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun icrası baxımından təqdirəlayiq olduğunu vurğulayıb. Mövcud Qanunun icrası ilə əlaqədar qarşıda duran vəzifələrlə bağlı İctimai Şuranın üzvlərinə tövsiyələrini verən İcra başçısı onlara işlərində uğurlar arzulayıb. Görüşdə İctimai Şura üzvlərinə yeni vəsiqələr təqdim olunub.