Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın Hirkan qəsəbəsində şəhid İqbal Bayramovun xatirəsinə inşa olunan bulağın açılışı olub

04 iyul 2022 | 12:52

    İyulun 4-də Hirkan qəsəbəsində Vətən müharibəsi şəhidi polkovnik-leytenant Bayramov İqbal Əhmədağa oğlunun xatirəsinə inşa olunan bulağın açılışı olub.

    Tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra aparatının rəhbər işçiləri, şəhidin ailə üzvləri, qazilər və kənd ictimaiyyəti iştirak ediblər. Bulağın açılış lentini Lənkəran ŞİH başçısı Taleh Qaraşov şəhidin atası Əhmədağa Bayramovla birgə kəsib.

    Dövlət himninin səslənməsi və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra ŞİH başçısı T.Qaraşov çıxış edib. Bulağın açılış mərasiminin şəhidimizin doğum gününə təsadüf etdiyini qeyd edən İcra başçısı bildirib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı görülən işlər və irəli sürülən təşəbbüslər gənc nəslin vətənpərvər ruhda tərbiyə almasında misilsiz əhəmiyyətə malikdir. 44 günlük Vətən müharibəsində qazandığımız zəfər barədə danışan T.Qaraşov haqq mübarizəmizdə canını fəda edən, düşmənlə üz-üzə qorxmadan dayanan və daima irəli getmək əzmində olanların çoxunun məhz gənc nəslin nümayəndələri olduğunu vurğulayıb. Lənkəranlı gənclərin Vətən müharibəsində xüsusi qəhrəmanlıqlar göstərdiyini söyləyən İcra başçısı onların şücaətinin gələcək nəsillərin yetişməsində əbədi nümunə olaraq qalacağını qeyd edib. T.Qaraşov bildirib ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində şəhidlərimizin adlarının əbədiləşdirilməsi və xatirəsinin yad edilməsi mütəmadi şəkildə həyata keçirilir.

    Şəhidin atası Əhmədağa Bayramov çıxışında oğlunun şəhidlik zirvəsinə ucalmasıyla bütün Azərbaycan xalqının qəlbində özünə yer etdiyini vurğulayıb. Şəhid atası yerli İcra hakimiyyətinin və kənd camaatının onları yalnız saxlamadığı üçün təşəkkürünü bildirib. Ə.Bayramov dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdikləri qayğı və diqqətdən razılığını ifadə edib, minnətdarlığını bildirib.

    Çıxışlardan sonra məktəblilərin ifasında şəhidlərimizə həsr olunan şerlər səsləndirilib və musiqi ifa olunub. Daha sonra tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

 

Keçidlər