Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Zəfər Gününə həsr olunan konsert və atəşfəşanlıq keçirildi

09 noyabr 2022 | 12:54

   8 noyabr - Azərbaycan tarixində şanlı və şərəfli gündür. Xalqımız Zəfər Gününü qürurla, fəxarətlə qeyd edir. 44 günlük Vətən savaşında qalib gələn xalqımız daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi. Bu tarixi zəfərin qazanılmasında lənkəranlıların da xüsusi payı var. Respublikanın bütün rayonlarında olduğu kimi Zəfər Günü ilə bağlı Lənkəran rayonunda silsilə tərbirlər keçirilib. 44 günlük Vətən müharibəsində qazandığımız uğur, haqq savaşında şəhidlərimizin, qazilərimizin və qəhrəman əsgərlərimizin göstərdikləri şücaət lənkəranlı gənc nəsillər arasında tərənnüm olunub. Zəfər Gününə həsr olunan viktorinalar, bilik yarışları, rəsm sərgiləri, marafon yürüşü, idman turnirləri, elmi konfranslar, teatr tamaşaları keçirilib. Qələbə günündə rayonumuzda keçirilən silsilə tədbirlərin yekunu kimi Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Zəfər Günü” adlı konsert proqramı keçirilib. Tədbirdə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, Milli Məclisin deputatları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,şəhid valideynləri, qazilər, Vətən müharibəsi iştirakçıları, habelə ictimaiyyətin nümayəndələri iştirak ediblər. Şəhid kapitan  Vüsal Quliyevin və  şəhid Taleh  İsmayılovun övladlarının çıxışı tədbir iştirakçılarına duyğu dolu anlar yaşadıb. Konsert proqramında “Nənələr” Folklor Xalq Kollektivi, “Ay lolo” folklor rəqs ansamblı, müğənnilərdən əməkdar artist Nigar Şabanova, Cavad Rəcəbov, Elşad Qarayev, Talıb Tale, Yeganə Mürsəlova, Habil Əhmədov, Elgün Əlizadə və Qurban Nəzərov iştirak ediblər. Konsert proqramından sonra atəşfəşanlıq keçirilib.

Keçidlər