Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda yetişdirilən baramanın ilkin tədarükünə başlanılıb

29 may 2023 | 15:39
      Lənkəranda kənd təsərrüfatının, xüsusilə baramaçılığın ildən ilə dayanıqlı inkişafına xüsusi diqqət göstərilir. Belə ki, yem bazasının təmini üçün ötən il 8000 yerli şəraitə uyğunlaşdırılmış tut (çəkil) tinglərinin rayon ərazisində əkini həyata keçirilib. Cari ildə rayonun 1 şəhər, 7 qəsəbə və 33 kəndində ümumilikdə 51 kümçüyə 230 qutu ipəkqurdu sənaye toxumunun paylanması təmin edilib. Artıq may ayının 29-da Lənkəran üzrə barama tədarükünün ilkin mərhələsi baş tutub. Respublika üzrə ilk tədarükün həyata keçirildiyi Lənkəranda ümumilikdə 1 tona yaxın barama təhvil verilib və yaxın günlərdə növbəti tədarükün həyata keçirilməsi nəzərdə tutulur.
Keçidlər