Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda yeni ticarət mərkəzi istifadəyə verilib

24 dekabr 2023 | 13:15

     Dekabrın 23-də Lənkəranda “Dosa Mall” ticarət mərkəzinin açılışı baş tutub. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, rayon rəhbərliyində təmsil olunan şəxslər və ictimaiət nümayəndələri iştirak ediblər. 

     Lənkəran ŞİH başçısı Taleh Qaraşov son illərdə ölkəmizdə ən müasir dünya standartlarına cavab verən yeni ticarət mərkəzlərinin istifadəyə verildiyini qeyd edib. Onun sözlərinə görə, “Dosa Mall” Ticarət Mərkəzi də rayonun iqtisadi inkişafında özünəməxsus rol oynacaq. Belə ki, ticarət mərkəzində 100-dən artıq ticarət obyektinin fəaliyyət göstərməsi nəzərdə tutulur  ki, bu da özlüyündə yeni iş yerlərinin yaradılması, vergi ödəyicilərinin sayının artması, dövlət  büdcəsinə daxilolmaların həcminin artması deməkdir. Taleh Qaraşov bildirib ki, vaxtılə “Zabitlər evi” kimi fəaliyyət göstərən sözügedən ticarət mərkəzinin tarixi ab-havasının saxlanılması, yüksək zövqlü memarlıq işlərinin aparılması, müasir standartlara cavab verən möhtəşəm layihənin reallaşması, dünya brendlərinin Lənkərana gəlməsi, uşaqlarımız üçün ayrıca əyləncə məkanının düşünülməsi təqdirə laiqdir və doğma Lənkəranımıza yaraşır.

    İcra başçısı ölkəmizdə sosial-iqtisadi inkişaf barədə məsələyə toxunaraq qeyd edib ki, Lənkəranda geniş həcmli investisiya layihələrinin həyata keçirilməsi bütövlükdə dövlət-özəl biznes tərəfdaşlığının əyani nümunəsi olmaqla bərabər, ölkəmizdə iş adamları üçün yaradılan şəraiti və əlverişli investisiya mühitini, son illərdə yeni iş yerlərinin açılması sahəsində həyata keçirilən tədbirlərin miqyasını, eyni zamanda, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Lənkərana olan diqqət və qayğısını göstərir.

     Sonra icra başçısı və rayon rəhbərliyində təmsil olunan şəxslər yeni ticarət mərkəzivə yaradılan şəraitlə tanış olublar.

     Daha sonra açılışla bağlı konsert proqramı təşkil olunub, konsertdə xalq artistləri Aygün Kazımova və Miri Yusif, həmçinin MadTeen, Elvin Həsənov və Rubail Əzimov çıxış ediblər.

 

Keçidlər