Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda yeni supermarketin açılışı keçirilib

14 dekabr 2023 | 17:04

     Dekabrın 14-də Lənkəranda “Bravo” marketlər şəbəkəsinin yeni supermarketinin açılışı olub. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov və rayon rəhbərliyində təmsil olunan şəxslər iştirak ediblər.

    Lənkərana sahibkarların sərmayə yatırmasının önəmindən danışan Taleh Qaraşov bunun  bütövlükdə əhalinin məşğulluq səviyyəsinin yüksəlməsi ilə müşahidə olunduğunu, nəticədə məşğulluq imkanları artdıqca əhalinin həyat səviyyəsinin yüksəldiyini və vətəndaş məmnunluğunun təmin olunduğunu vurğulayıb. Onun sözlərinə görə, müasir ticarət infrastrukturlarının istifadəyə verilməsi cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  Lənkərana olan diqqət və qayğısının nəticəsi olmaqla yanaşı, rayonumuzun iqtisadi potensialını nümayiş etdirir.

     İcra başçısı bildirib ki, sahibkarlıq mühitinin daha da optimallaşdırılması, daxili istehsalın stimullaşdırılması və qorunması ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin prioritetləri sırasında mühüm yer tutur. Onun sözlərinə görə, bölgələrdə yeni müəssisələrin açılması iqtisadi fəallığı sürətləndirməklə yanaşı, ticarətin dövriyyəsinin də yüksəlməsinə imkan yaradır ki, bu da mal və xidmətlərin çeşidinin artmasına, ümumilikdə, əmtəə bazarının canlanmasına təkan verir. İcra başçısı qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi siyasət cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və  ölkəmizdə sürətli iqtisadi inkişafa nail olunub. 

      Daha sonra icra başçısı və rayon rəhbərliyində təmsil olunan şəxslər yeni supermarketlə tanış olublar və yaradılan şəraitə baxıblar.

Keçidlər