Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Yaşıl dünya naminə həmrəylik ili” çərşivəsində növbəti ekoloji aksiya keçirilib

28 mart 2024 | 09:30

     Ölkəmizin ekoloji siyasətinin əsas mahiyyətini insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək təşkil edir ki, bu məqsədlə dövlət tərəfindən ekosistemlərin qorunması, təbii sərvətlərdən səmərəli istifadə olunması ilə dayanıqlı inkişafın təmin edilməsi, ətraf mühitə minimal zərərli təsir, onun ilkin vəziyyətinin bərpası və qorunması ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) də qanunvericiliklə ona həvalə olunan səlahiyyətlər çərçivəsində ekoloji mühitin qorunması istiqamətində davamlı addımlar atır.

   Martın 27-də Lənkəran ŞİH-nin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərşivəsində həyata keçirilən növbəti ekoloji aksiya da məhz sözügedən məqsədə xidmət edib. Aksiya Lənkəran rayonu ərazisindən keçən çayların və eləcə də Xəzər dənizinin ətraf ərazilərini əhatə edib. Belə ki, çayların və Xəzər dənizinin keçdiyi inzibati ərazi dairələri üzrə təmizlik işləri aparılıb. Ekoloji aksiya zamanı ərazilərdən bərk məişət tullantıları, müxtəlif plastik qablar, polietilen torbalar və digər tullantılar yığışdırılaraq​ aidiyyəti üzrə tullantı poliqonlarına daşınıb.

    Lənkəran ŞİH əhalimizi ölkəmizin zəngin və həssas biomüxtəlifliyinin mühafizəsi, yaşıllıqların artırılması, bərpası və ətraf mühitin qorunması naminə görülən səylərdə fəal iştirak etməyə və ətraf mühitin çirkləndirilməməsinə daha diqqətlə yanaşılmasına çağırır.

 

Keçidlər