Lənkəranda “Yaşıl dünya naminə həmrəylik ili'” çərçivəsində növbəti ekoloji aksiya keçirilib
27 may 2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili'” çərçivəsində Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı ilə “Təmiz ölkəm” adlı ekoloji aksiya keçirilib. Aksiyada Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi, Lənkəran Şəhər Yaşıllaşdırma Müəssisəsi, Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi, Hirkan Milli Parkı, Qızılağac Mili Parkı, Cənub Regional Hidrometeorologiya Mərkəzi, 1 və 11 saylı Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşları iştirak ediblər. Xəzər dənizinin Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisindən keçən 1 km-lik sahil zolağında baş tutan təmizlik aksiyası zamanı ərazidən ümumi həcmi 400 kq-a yaxın bərk məişət tullantısı, müxtəlif plastik qablar və polietilen torbalar yığışdırılaraq aidiyyəti üzrə tullantı poliqonuna daşınıb.
Ümumilikdə 120 nəfərin iştirak etdiyi aksiya zamanı iştirakçılar arasında bərk məişət tullantılarının düzgün idarə olunması sahəsində zəruri maarifləndirmə və məlumatlandırma işləri də aparılıb.