Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

07 mart 2024 | 12:26

Martın 7-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov,  1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin, habelə ictimaiyyətin nümayəndələri iştirak ediblər. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutan aksiya Lənkəran şəhəri Heydər Əliyev prospekti ərazisində keçirilib və aksiya zamanı 200 ədəd sərv ağacı əkilib. Qeyd edək ki, eyni gündə rayonun bir neçə yaşayış məntəqəsində də ağacəkmə aksiyası keçirilib, 200 ədəd tuya və 300 ədəd eldar şamı ağacı əkilib. 

 

 

 

 

 

Keçidlər