Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda yaş barama tədarükü davam edir

24 iyun 2022 | 12:24

    Müharibədən çıxmış ölkədə ümumi sənaye istehsalının 5 faizdən çox, qeyri-neft sənayesinin 20 faizə yaxın artması və ümumilikdə xarici ticarət balansı saldosunun müsbət olması dövlətin real gücünü, siyasi hakimiyyətin yürütdüyü xəttin uğurlu olduğunu göstərir.Son dövrlər ölkədə qeyri-neft sektorunun inkişafı fonunda kənd təsərrüfatı sahələri arasında özünəməxsus yeri olan, qədim ənənələrə malik baramaçılıq və ipəkçiliyin inkişafı xüsusi önəm kəsb edir. Lənkəran rayonu da qədim ənənələrin davam etdirilməsi və baramaçılığın inkişafı istiqamətində bütün potensial imkanlarını səfərbər edib, məhz bu gərgin və məhsuldar əməyin nəticəsidir ki, ötən il respublika üzrə ən yüksək nəticəni göstərən kümçü Lənkəran ərazisindən olub.         

    Cari ildə də Lənkəran rayonuna barama qurdu gətirilərək kümçülərə paylanıb və kümxanaların hazırlanmasında mütəxəssislər tərəfindən müvafiq təlimatlar verilib, ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici tədbirlər keçirilib.Artıq rayonumuzun kümçüləri tərəfindən tədarük məntəqəsinə 8387,4 kq yaş barama təhvil verilib və bu istiqamətdə işlər davam etdirilir.

Keçidlər