Lənkəranda YAP-ın yaranmasının 30 illik yubiley ilə bağlı ağacəkmə kampaniyası keçirilib
11 noyabr 2022 | 16:03
Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyilə bağlı noyabrın 11-də Lənkəran şəhərində ağacəkmə aksiyası keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyəti, YAP Lənkəran rayon təşkilatı və Lənkəran regional meşə təsərrüfatı mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan aksiyada 60 sərv ağacı əkilib. Lənkəran şəhəri Heydər Əliyev prospekti ərazisində keçirilən aksiyada Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, ərazi partiya təşkilatının sədrləri, partiya fəalları iştirak ediblər.