Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq” mövzusunda regional maarifləndirici tədbir keçirilib

17 may 2024 | 17:42

Mayın17-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq” mövzusunda regional maarifləndirici tədbir keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də 9 rayonun  yerli icra hakimiyyəti orqanlarının, habelə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və bələdiyyələrin nümayəndələri iştirak ediblər.

Lənkəran ŞİH başçısının birinci müavini Mikayıl Cəfərzadə bildirib ki, yanğın hadisələrinin sayında müşahidə olunan artımın başlıca səbəbi insan faktorudur və küllü miqdarda maddi ziyanla nəticələnən yanğın hadisələrinin qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi vacibdir.

Daha sonra ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, fövqəladə hallar nazirinin baş yanğın təhlükəsizliyi eksperti, daxili xidmət general-mayoru Yusif Nəbiyev, Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət yanğın nəzarəti idarəsinin rəisi, daxili xidmət polkovniki Əkbər Novruzov, Kənd Təsərrüfatı Nazirliyinin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mohuma Heraçiyev çıxış ediblər.

Çıxışçılar meşə təsərrüfatının qorunmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, yanğınla mübarizə istiqamətində hər şeydən əvvəl maarifləndirici addımların atılmasına ciddi ehtiyac var. Yanğınların baş vermə hallarının qarşısının alınmasına, eləcə də baş verən yanğın hadisələrinə vaxtında müdaxilə olunmasına dair təkliflər irəli sürülüb.

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri çıxışlarında aidiyyəti üzrə qurumların rəhbərlərinə və nümayəndələrinə tapşırıqlarını veriblər.

 

 

Keçidlər