Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Xocalı soyqırımının 32-ci ildönümü qeyd olunub

26 fevral 2024 | 11:17

   Fevralın 26-da Lənkəranda Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücumu nəticəsində qətlə yetirilən soyqırımı qurbanlarının xatirəsi anılıb. Anım mərasimi Lənkəran şəhərində, azərbaycanlıların soyqırımı qurbanlarının xatirə parkındakı “Ana heykəli” qarşısında keçirilib.

   Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunan anım mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyətinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, gənclər və ictimaiyyətin nümayəndələri iştirak ediblər, abidə önünə gül dəstələri düzüblər, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

  Daha sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı aktyorlarının ifasında “Xocalı soyqırımı” adlı kompozisiya nümayiş etdirilib. Qeyd edək ki, gün ərzində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə əhali tərəfindən ziyarət olunub, rayonun idarə, müəssisə və təşkilatlarında, Heydər Əliyev Mərkəzində anım tədbirləri, Lənkəran Dövlət Universitetində, orta ixtisas və ümumtəhsil məktəblərində bu qanlı faciəyə həsr olunmuş dərslər keçirilib, mədəniyyət müəssisələrində foto, rəsm və kitab sərgiləri təşkil olunub.

 

Keçidlər