Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Lənkəranda Xocalı faciəsinin 34-cü ildönümü qeyd olunub

26 fevral 2026 | 12:15

İki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsi olan Xocalı faciəsindən 34 il ötür. Hər il olduğu kimi fevralın 26-da bütün ölkə ərazisində, o cümlədən Lənkəranda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Anım mərasimi Lənkəran şəhərində, azərbaycanlıların soyqırımı qurbanlarının xatirə parkındakı “Ana heykəli” qarşısında keçirilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyətinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, gənclər və ictimaiyyətin nümayəndələri iştirak ediblər, abidə önünə tər güllər düzüblər, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Daha sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı aktyorlarının ifasında “Xocalıya qayıtdıq” adlı kompozisiya nümayiş etdirilib.

Qeyd edək ki, Lənkəran rayonu ərazisində dövlət bayraqları yarıyadək endirilib, gün ərzində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə əhali tərəfindən ziyarət olunub, rayonun idarə, müəssisə və təşkilatlarında, Heydər Əliyev Mərkəzində anım tədbirləri, Lənkəran Dövlət Universitetində, orta ixtisas və ümumtəhsil məktəblərində bu qanlı faciəyə həsr olunmuş dərslər keçirilib, mədəniyyət müəssisələrində foto, rəsm və kitab sərgiləri təşkil edilib.

 

 

 

 

 

 

 

 

Keçidlər