Lənkəranda xəbərdarlıq-toplanış üzrə mülki müdafiə məşqi keçirilib
Aprelin 29-da Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və FHN-nin Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Lənkəran rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstəsi ilə xəbərdarlıq-toplanış üzrə mülki müdafiə məşqi keçirilib.
Təlimə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda olan mülki müdafiə qüvvə və vasitələri cəlb edilib, mülki müdafiə məşqində ümumilikdə 35 nəqliyyat vasitəsi və 100 nəfər şəxsi heyyət iştirak edib.
Qeyd edək ki, sözügedən tədbirin keçirilməsində məqsəd hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstəsinin rabitə və xəbərdarlıq toplanış sxemi üzrə toplanmasının və hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstəsinin təyin edilmiş hazırlıq müddətinə hazır vəziyyətə gətirilməsinin yoxlanılması olub.