Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda vaxtında və itkisiz taxıl biçini üçün bütün imkanlar səfərbər edilib

02 iyul 2022 | 10:21

    Son dövrlər ölkə iqtisadiyyatının daha da güclənməsində qeyri-neft sahələrinin inkişafına xüsusi önəm verilməsi, kənd təsərrüfatı məhsullarının istehsalına dövlət tərəfindən subsidiyalar və digər yardımların ayrılması dünyanın global qida və ərzaq təhlükəsizliyi fonunda vaxtında atılan doğru və uzaqgörən strateji xətt olduğunu göstərir. İqlim imkanları, torpaq münbitliyi və zəhmətkeş işçi potensialının mövcudluğu Lənkəran iqtisadi rayonunda da kənd təsərrüfatının inkişafını zəruri və əhəmiyyətli edir. Zamanında səpin işlərinin keyfiyyətlə aparılması, məhsuldar toxumlardan istifadə olunması və müasir standartlara cavab verən aqrotexniki qulluğun aparılması fermerlərin, eləcə də fiziki şəxslərin bol məhsul yetişdirməsilə nəticələnib. Belə ki, cari ildə Lənkəran rayonunda 503.1 hektar buğdanın və 38.7 hektar arpanın biçini nəzərdə tutulur.  İndiyədək 282.3 hektarda buğda, 37.7 hektarda arpa sahəsi biçilib, bütün qüvvə və imkanlar strateji məhsulun vaxtında, itkisiz yığılmasına cəlb edilib.  

Keçidlər