Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

18 noyabr 2023 | 10:51

    Noyabrın 17-də Lənkəran Şəhər  İcra Hakimiyyətinin (ŞİH) təşkilatçılığı ilə Lənkəran şəhər 1 nömrəli tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqların hüquqlarını qoruyaq” adlı tədbir keçirilib. Qeyd edək ki,  20 oktyabr–20 noyabr tarixlərində Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində elan edilmiş “Uşaq hüquqları aylığı”nın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması və uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.

    Tədbirdə Lənkəran Şəhər  İcra Hakimiyyəti  başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva,  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru Fazil Bağırov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Cənub Regional İdarəsinin məsləhətçisi Emin Həmidli və Lənkəran şəhər təhsil sektorunun əməkdaşı Cəmil Axundzadə iştirak ediblər. Tədbir iştirakçıları ilk olaraq məktəbin şagirdləri tərəfindən hazırlanan əl işləri sərgisinə baxış keçiriblər. 

    Lənkəran Şəhər  İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva çıxışında bildirib ki, uşaqların hüquqlarının təmin edilməsi və uşaq problemlərinin ardıcıl həlli bu sahədə  dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Onun sözlərinə görə, uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm işlər görülür.
    Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov tədbir iştirakçılarına yetkinlik yaşına çatmayanlara diqqətin artırılması və hüquqlarının təmin edilməsinin daha da yaxşılaşdırılması və ölkədə bu sahədə görülən işlər barədə geniş məlumat verib. Z.İsmayılov    uşaq hüquqları sahəsində mövcud olan beynəlxalq və milli qanunvericilik, o cümlədən BMT-nin Uşaq Hüquqları Konvensiyası əsasında müəyyən olunmuş hüquq və vəzifələr, bu hüquqların müdafiə mexanizmləri, həyata keçirilməli olan preventiv tədbirlər barədə danışıb. 

Keçidlər