Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Ümummilli Liderin anım gününün 20-ci ildönümü qeyd olunub

12 dekabr 2023 | 12:10

     Dekabrın 12-də Lənkəranda müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anım gününün 20-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, ağsaqqallar, müharibə veteranları, tələbələr, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, sevgi və ehtiramlarını ifadə ediblər.

    Sonra Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin adını daşıyan muzeyi ziyarət ediblər, Ulu Öndərin büstünün önünə tər güllər düzüblər. Rayon rəhbərliyi anım günü ilə bağlı Lənkəran Dövlət Dram Teatrında Ülu Öndərin xatirəsinə həsr olunan Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin “İki iyirmi üç arasında” əsəri əsasında eyniadlı verbatim-tamaşaya baxıblar.

    Ümummilli Liderin əziz xatirəsinə həsr olunan anım tədbirləri silsilə şəklində gün ərzində davam etdirilib, Ulu Öndərin abidəsi və Heydər Əliyev müzeyi sakinlər tərəfindən gün ərzində ziyarət olunub.

 

 

 

Keçidlər