Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Ulu Öndərin anadan olmasının 100 illik yubileyilə bağlı konsert proqramı keçirilib

11 may 2023 | 11:41

     Dahi şəxsiyyət, fenomenal lider, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyilə mayın 10-da axşam saatlarında Lənkəran şəhər Heydər Əliyev xatirə parkında konsert proqramı təşkil olunub. Açıq havada baş tutan konsert proqramında respublikamızın və rayonumuzun tanınmış və sevilən ifaçıları səhnəyə çıxıblar. Əməkdar artist Firuz Səxavət, Aşıq Əli Tapdıqoğlu, İzzət Bağırov, Manaf Ağayev, Ülviyyə Namazova, Cavad Rəcəbov və digər musiqiçilər bir-birindən rəngarəng mahnı və musiqi nömrələri ilə çıxış edərək lənkəranlı izləyicilərin zövqünü oxşayıblar. Lənkəranlılar hər zaman olduğu kimi Ulu Öndərin xatirəsinə olan hörmət və ehtiramlarını konsert proqramına qatılmaqla və coşqularıyla ifadə ediblər. Konsertin açıq havada keçirilməsinə və havanın narın yağışla müşahidə olunmasına baxmayaraq, lənkəranlılar Ümummilli Liderə olan sevgisi, məhəbbəti və bağlılığı ilə konsertin keçirildiyi arenanı isti və dimanik saxlayıblar. Əsl bayram ab-havasında keçən konsertdə 10 minə yaxın insan iştirak edib və konsert proqramından sonra möhtəşəm atəşfəşanlıq keçirilib. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Ulu Öndər daim lənkəranlıların qəlbində yaşayacaq!

 

 

Keçidlər