Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda təyyarə qəzasında həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub

26 dekabr 2024 | 12:55

  Cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib. Bütün ölkə ərazisində, o cümlədən Lənkəran rayonunda dövlət bayraqları endirilib, saat 12:00-da Lənkəran rayonu ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

   Lənkəran Şəhər İcra Hakimiyyəti təyyarə qəzası nəticəsində həyatını itirənlərin doğmalarına və yaxınlarına dərin kədər hissi ilə başsağlığı verir,  faciədə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə tezliklə şəfa diləyir!

   Allah rəhmət eləsin!

 

 

Keçidlər