Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Lənkəranda təhsil işçilərinin konfransı keçirilib

02 sentyabr 2026 | 17:22

 Sentyabrın 2-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəran rayon təhsil işçilərinin konfransı keçirilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri Ağamməd Şəmmədov və təhsil işçiləri iştirak ediblər. Konfrans iştirakçıları öncə şəhərin mərkəzi meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himnin səsləndirilməsi ilə başlayıb.

 Giriş nitqi ilə çıxış edən Lənkəran ŞİH başçısı Taleh Qaraşov bildirib ki, təhsil hər bir dövlətin gələcəyini müəyyən edən strateji sahədir. Onun sözlərinə görə, ölkənin davamlı inkişafı, cəmiyyətin tərəqqisi və gələcək potensialı məhz savadlı, yüksək intellektli, peşəkar və vətənpərvər nəslin yetişdirilməsindən asılıdır. Bu baxımdan məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı, milli-mənəvi dəyərlərin aşılandığı və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm tərbiyə ocağıdır.

 İcra başçısı təhsilinin inkişafından danışarkən, ilk növbədə Ümummilli Lider Heydər Əliyevinelmə, təhsilə və müəllim əməyinə böyük diqqət və qayğı göstərdiyini, Ümummilli Liderin dövlətçilik fəlsəfəsində təhsilin insan kapitalının formalaşdırılmasının əsas vasitəsi hesab olunduğunu vurğulayıb. Lənkəran ŞİH başçısı qeyd edib ki, Ulu Öndərin uğurlu təhsil siyasəti bu gün cənab Prezident İlham Əliyevtərəfindən qətiyyətlə, uğurla və ardıcıl şəkildə  davam etdirilir.

 “Dövlət siyasətinin əsas məqsədi hər bir şagird üçün keyfiyyətli və müasir təhsil imkanları yaratmaqdır” deyən Taleh Qaraşov bildirib ki,maddi-texniki bazanın gücləndirilməsi ilə yanaşı, təhsilin məzmununun müasirləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və müəllimlərin peşəkarlığının artırılması da diqqət mərkəzindədir. İcra başçısı xüsusilə bu istiqamətdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Fond tərəfindən ölkənin bütün ərazilərində, o cümlədən Lənkəran rayonunda da ümumtəhsil müəssisələrinin təmirinin və yenidən inşasının həyata keçirildiyini bildirib.

 Daha sonra Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri Ağamməd Şəmmədov 2025–2026-cı tədris ilinin yekunlarına dair geniş hesabat təqdim edib. Hesabatda rayonun ümumi təhsil müəssisələrinin fəaliyyəti, şagirdlərin qiymətləndirmə və buraxılış imtahanlarının nəticələri, ötən illə müqayisəli göstəriciləri, əldə olunan nailiyyətlər barədə məlumat verib. Ayrı-ayrı siniflər və məktəblər üzrə nəticələr, müsbət dinamika və geriləmələr, eləcə də tədrisin keyfiyyətinə təsir göstərən əsas amillər barədə danışıb və aparılan təhlillər əsasında 2026–2027-ci tədris ili üçün əsas prioritetləri və hədəfləri diqqətə çatdırıb.

 Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev dövlətin təhsilə göstərdiyi diqqət və qayğının Lənkəran rayonunda da özünü aydın şəkildə büruzə verdiyini qeyd edib. Bəhruz Mehdiyev çıxışında ötən tədris ilinin nəticələrinə toxunaraq tədrisin keyfiyyətinin artırılması, nəticələrin sistemli təhlili, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin yüksəldilməsi ilə bağlı əsas istiqamətləri diqqətə çatdırıb.

 Konfrans çərçivəsində fikir mübadiləsi aparılıb, təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tövsiyələr verilib.

Keçidlər