Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Taxıl biçininin effektiv və vaxtında həyata keçirilməsi” mövzusunda regional müşavirə keçirilib

13 iyun 2025 | 16:13

     İyunun 13-də Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) inzibati binasında “Taxıl biçininin effektiv və vaxtında həyata keçirilməsi” mövzusunda regional müşavirə keçirilib. Müşavirədə kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Lənkəran ŞİH başçısı Taleh Qaraşov, “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov, Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonlarının Dövlət Aqrar İnkişaf mərkəzlərinin (DAİM) direktorları, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri  və fermerlər iştirak ediblər.

    Lənkəran ŞİH başçısı Taleh Qaraşov bildirib ki, ölkədə kənd təsərrüfatının inkişafı cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ilbəil daha da inkişaf edir. Onun sözlərinə görə, taxıl istehsalı ölkə iqtisadiyyatı, ərzaq təhlükəsizliyi və sosial rifah üçün strateji əhəmiyyətə malik sahələrdən biridir. İcra başçısı bildirib ki, müşavirənin keçirilməsində məqsəd

    kənd təsərrüfatı üçün mühüm olan taxıl biçininin səmərəli və itkisiz həyata keçirilməsini təmin etmək, qarşıda duran vəzifələri birgə müzakirə etməkdir.

    Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov kənd təsərrüfatının bütün sahələri kimi taxılçılığın da inkişafına xüsusi diqqət göstərildiyini bildirib. Onun sözlərinə görə, taxıl əkinləri subsidiyalaşdırılır, bu sahəyə dövlət dəstəyi mexanizmləri genişləndirilir, məhsuldarlığın artırılması, taxılçı fermerlərin gəlirlərinin artması üçün müvafiq tədbirlər görülür.  Nazir müavini hazırda əsas vəzifənin yetişmiş məhsulun vaxtında, itkisiz və təhlükəsiz şəkildə biçilib yığılması olduğunu vurğulayıb.

     Daha sonra fermer və mexanizatorların təklifləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Keçidlər