Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir”, “Ata vəsiyyəti və inamlı zəfər” adlı konfrans keçirilib

07 noyabr 2023 | 17:09

    Noyabrın 8-də "Heydər Əliyev İli" çərçivəsində Lənkəran şəhərində “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir”, “Ata vəsiyyəti və inamlı zəfər” mövzusunda konfrans keçirilib. Giriş nitqi ilə çıxış edən Taleh Qaraşov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilib. Onun sözlərinə görə, Zəfərin qazanılmasında Ulu Öndərin əsasını qoyduğu xalq-hakimiyyət, xalq-ordu və xalq-dövlət birliyi dayanır: ”Vətən müharibəsində etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı və ağır günlərdə bir yerdə olmağı hər zaman bacarır və bizim bu birliyimi dünya miqyasında nadir dəyərlərdəndir”.

    Taleh Qaraşov qeyd edib ki, bu gün Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə nəhəng transmilli nəqliyyat və enerji layihələri həyata keçirən Azərbaycanın bu təşəbbüsləri dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənir, ölkəmizə iqtisadi-siyasi dividentlər qazandırır.

   Daha sonra Lənkəran Dövlət Universitetinin (LDU) kafedra müdiri, dosent Kamal Mahmudov “Zəfər qələbəsi Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda, LDU Tarix üzrə fəlsəfə doktoru Mais Cəfərov “44 günlük Zəfər yolu” mövzusunda və Lənkəran rayon Çay Fabriki qəsəbə tam orta məktəbinin direktoru Sadiq Quliyev “Heydər Əliyev Zəfər yolu” mövzusunda çıxış ediblər. Natiqlər bildiriblər ki, İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Otuz il işğal altında qalan torpaqlarımız məhz bu konsepsiyanın nəticəsində hərbi-siyasi yolla azad olunub və ərazi bütövlüyümüz təmin edilib.

   Vurğulanıb ki, regionun gündəliyini bu gün Azərbaycan diktə edir. Dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar. Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində uğurlu addımlar atılır. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirir.

Keçidlər