Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Lənkəranda şəhid Samir Allahverdiyev, Zaur Ağalı, Romir Əliyev və Emin Muradovun məzarları ziyarət olunub

22 oktyabr 2026 | 17:35

Oktyabrın 22-də Vətən müharibəsi şəhidləri Allahverdiyev Samir Elçin oğlunun, Ağalı Zaur Kamil oğlunun, Əliyev Romir Rəşadət oğlunun  və Muradov Emin İbrahimağa oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra başçısı aparatının kollektivi və ictimaiyyət nümayəndələri şəhidlərin Şiləvar kənd,  İstisu qəsəbə, Aşağı Nüvədi qəsəbə və Biləsər kənd qəbristanlığındakı məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarı önünə tər çiçəklər düzülüb və ruhuna dualar oxunub.

Taleh Qaraşov şəhid ailələri ilə həmsöhbət olaraq onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.

Şəhidlərin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər