Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillərin açarları təqdim edilib

31 dekabr 2024 | 12:03

     Dekabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikanın bir sıra ərazilərində, o cümlədən Lənkəranda şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillər təqdim edilib.
    Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini Vüsal Nəsirli və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə iştirak ediblər.
     Qeyd olunub ki, Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə iştirakçıları ilə əlaqədar icra olunan genişmiqyaslı sosial dəstək paketinin bir istiqaməti kimi şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər mənzillərlə təmin olunurlar.

Keçidlər