Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilib

11 iyun 2024 | 16:27

    İyunun 10-da Lənkəran şəhəri Heydər Əliyev parkında Elm və Təhsil, Gənclər və İdman, Müdafiə, Fövqəladə Hallar nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Veteranlar Şurasının birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilib.

   Tədbir öncəsi gənclər və idman nazirinin müavini İndiraHacıyeva, Lənkəran ŞİH başçısı Taleh Qaraşov və digər rəsmi şəxslər Ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər, önünə tər güllər düzüblər, ona olan hörmət və ehtiramlarını ifadə ediblər.

    Tədbirin bağlanış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Lənkəran ŞİH başçısı Taleh Qaraşov və digər rəsmi şəxslər qaliblərə  diplom, kubok və hədiyyələrlərini təqdim ediblər. Yekun nəticələrə əsasən, 1-ci yerə Xaçmaz, 2-ci yerə Oğuz, 3-cü yerə isə Sabunçu rayon komandaları layiq görülüblər.

Keçidlər