Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda "Regional tərəfdaşların inkişafı" adlı tədbir keçirilib

10 mart 2023 | 17:49

    Martın 10-da Lənkəran şəhər Mədəniyyət Mərkəzində "Regional tərəfdaşların inkişafı" layihəsi adlı tədbir keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və "Marsol Group"un təşkilatçılığı ilə baş tutan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Tədbirdə Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, eləcə də Şirvan və Salyan rayonlarından 300-dən çox sahibkar, müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

    Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında bildirib ki,  ölkə başçısının yürütdüyü dayanıqlı iqtisadi islahatlar qeyri-neft sektorunun inkişafına şərait yaradıb. Onun sözlərinə görə, biznes və sahibkarlıq mühitinin yaxşılaşdırılması dövlətin strateji hədəflərindən biridir. İcra başçısı Lənkəranda əlverişli biznes mühitinin mövcudluğunun yeni investisiyaların cəlb olunmasına, istehsal və emal sənayesinin inkişafına müsbət təsirindən danışıb. Taleh Qaraşov rayonun təbii resurslarının, iqlim şəraitinin sitrusçuluğun və turizmin inkişafına müsbət təsir göstərdiyini qeyd edib

   KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov regionlarda belə tədbirlərin keçirilməsinin önəmindən danışıb. Onun sözlərinə görə, layihənin məqsədi regionlarda fəaliyyət göstərən sahibkarları maliyyə resurslarına çıxış imkanları, bu sahədə mövcud olan dövlət dəstəyi mexanizmləri-güzəştli kreditlər, subsidiyalar barədə məlumatlandırmaq, eləcə də paytaxt və bölgələrdən olan iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsidir.

   Dövlət Məşğulluq Mərkəzinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli təmsil etdiyi qurumun sahibkarlara dəstək mexanizmləri barədə danışıb. Bildirilib ki, əmək bazarının elektronlaşdırılması, innovativ yanaşma ilə kadr potensialının təmin edilməsi, əmək yarmarkalarının təşkili və əmək haqqlarının birgə maliyyələşdirilməsi başlıca dəstək mexanizmləridir.

   Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev dövlət tərəfindən ayrılan güzəştli kreditlərin həcminin son dövrlərdə artdığını vurğulayıb. Onun sözlərinə görə, güşətli kredit əldə etmək üçün lazım olan sənədlərin sayının azaldılması tətbiq edilib, resursların daha çox sahibkara çatdırılmasına nail olunub və elektron platforma üzərindən müraciətlərin artırılmasına üstünlük verilib.

   Tədbir çərçivəsində  “Region sahibkarlarının maliyyə kanallarına çıxış imkanları və dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər