Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Qurban bayramı yüksək əhval-ruhiyyədə qeyd olunub

16 iyun 2024 | 16:28
    İyunun 16-da Azərbaycanda müqəddəs Qurban bayramı qeyd olunub. Xalqımız qardaşlıq, humanizm və həmrəylik rəmzi kimi Qurban bayramını dünya müsəlmanları ilə birlikdə yüksək əhval-ruhiyyə ilə qeyd edib.
   3 gün davam edəcək Qurban bayramı ərzində heyvan kəsimi Qida Təhlükəsizliyi Agentliyi və Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) tərəfindən yaradılmış kəsim məntəqəsində baytarlıq-sanitariya və gigiyena normalarına uyğun şəkildə həyata keçirilib. Bu istiqamətdə Lənkəran ŞİH bayram günləri ərzində də monitorinqlərini davam etdirəcək.
   Qeyd edək ki, Qurban bayramı münasibətilə Lənkəran ŞİH və "Emin TK" MMC-nin rəhbəri, iş adamı Emin Bağırovun dəstəyilə xeyriyyə tədbiri də keçirilib. Lənkəran ŞİH-nin rəsmi şəxslərinin də qatıldığı tədbirdə şəhid ailələrinə, Vətən müharibəsi əlillərinə, aztəminatlı ailələrə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara qurbanlıq əti paylanılıb.
     Əziz lənkəranlılar!
     Müqəddəs Qurban bayramı münasibətilə hər birinizi təbrik edir, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayırıq.
Keçidlər