Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Qurban bayramı qeyd olunub

28 iyun 2023 | 11:53

İyunun 28-də ölkəmizdə müqəddəs Qurban bayramı qeyd olunub. Xeyirxahlıq, birlik və bərabərliyi özündə ehtiva edən Qurban bayramını xalqımız dünya müsəlmanları ilə birlikdə qardaşlıq, humanizm və həmrəylik rəmzi kimi yüksək əhval-ruhiyyə ilə qeyd edib. Səhər saatlarında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvasına uyğun olaraq Lənkəranda məscidlərdə bayram namazı qılınıb, dualar edilib, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunub.

Lənkəranda qurbanlıqların kəsimi dini ayinlərin yerinə yetirilməsi ilə yanaşı müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib. Qeyd edək ki, Qurban bayramı 3 gün davam edəcək və bu müddət ərzində qurbanlıqlar kəsiləcək. Heyvan kəsimi Qida Təhlükəsizliyi Agentliyi və Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış yeni kəsim məntəqəsində baytarlıq-sanitariya və gigiyena normalarına uyğun şəkildə həyata keçirilib. Bu istiqamətdə Lənkəran Şəhər İcra Hakimiyyəti bayram günləri ərzində də monitorinqlərini davam etdirəcək.  

Əziz lənkəranlılar!

Hər birinizi müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayırıq.

 

Keçidlər