Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Lənkəranda prokurorluq işçilərinin peşə bayramının 107-ci ildönümü qeyd olunub

01 oktyabr 2025 | 17:56

  Oktyabrın 1-də milli prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, prokurorluq işçiləri şəhərin mərkəzi meydanındakı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin adını daşıyan muzeylə tanış olublar.

  Lənkəran ŞİH başçısı Taleh Qaraşov prokurorluq orqanlarının işçilərini peşə bayramı münasibətilə təbrik edib, daim millət və dövlətçilik ideyalarına sədaqət nümayiş etdirən, qanunçuluğun möhkəmləndirilməsi, habelə cinayətkarlığa qarşı mübarizədə müstəsna xidmətlər göstərən prokurorluq orqanlarının əməkdaşlarına bundan sonrakı şərəfli peşə fəaliyyində uğurlar arzılayıb.

Keçidlər