Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda polis işçilərinin peşə bayramı qeyd olunub

01 iyul 2023 | 11:48

  01 iyul 2023-cü il tarixdə Lənkəranda polis işçilərinin peşə bayramı qeyd edilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər-rayon polis şöbəsinin şəxsi heyəti Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.

  Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov polis əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edib, Azərbaycan polisinin keçdiyi tarixi yolun şərəfli olduğunu vurğulayıb. Taleh Qaraşov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan polisinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan danışaraq bildirib ki, bu, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İcra başçısı rayonda ictimai-siyasi sabitliyin, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, polis-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində Lənkəran  şəhər-rayon polis şöbəsinin şəxsi heyətinin rolunu xüsusi qeyd edib: “Daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilirlər. Vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldurlar. Bu istiqamətdə Lənkəran şəhər-rayon polis şöbəsinin şəxsi heyəti də nümunə təşkil edir”.

   Lənkəran şəhər-rayon polis şöbəsinin rəisi Azər Cahangirov da öz növbəsində icra başçısına polis işçilərinə göstərdiyi diqqətə görə minnətdarlığını ifadə edib. Polis rəisi bildirib ki, şəxsi heyət dövlətçiliyin möhkəmləndirilməsinə, milli maraqların müdafiəsinə, ictimai-siyasi sabitliyin qorunmasına və cinayətkarlığa qarşı mübarizəyə daim hazırdır.

    Sonda bir qrup polis əməkdaşına Lənkəran ŞİH-nin fəxri fərmanları təqdim olunub, xatirə şəkli çəkilib.

 

Keçidlər