Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Lənkəranda payız-qış mövsümünə hazırlıq çərçivəsində suötürücü kanalların təmizlənməsinə başlanmışdır

12 avqust 2026 | 12:26

    Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) payız-qış mövsümünün gəlişi ilə bağlı Tədbirlər Planına uyğun olaraq rayon ərazisində abadlıq və təmizlik işlərini davam etdirir. Artıq bir neçə gündür Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə birgə suaxar kanalların, habelə magistral yollar boyunca yerləşən drenaj sistemlərinin lil, çöküntü və müxtəlif alaq otlarından təmizlənməsi işləri qrafikə uyğun olaraq davam etdirilir. Həyata keçirilən tədbirlərin əsas məqsədi yağıntılı günlərdə suötürücü sistemlərin normal fəaliyyətini təmin etmək, ərazilərdə su basmalarının qarşısını almaqdan ötrü qabağlayıcı tədbirlər görülməkdədir.

Keçidlər