Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda növbəti iməclik keçirilib

27 may 2023 | 15:31
    Mayın 27-də Lənkəran Şəhər İcra Hakimiyyətinin və 1saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı ilə Xəzər dənizinin Lənkəran rayon sahili zolağında iməclik keçirilib. İməclikdə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev, Lənkəran ŞİH başçısının müavini Vüqar Məmmədov, Lənkəran şəhər İdman və Gənclər İdarəsinin, Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin, Lənkəran Şəhər Yaşıllaşdırma İdarəsinin əməkdaşları, habelə Lənkəran şəhər könüllüləri iştirak ediblər. Lənkəran rayonunun Sütəmurdov kəndinin Xəzər dənizi sahili zolağında baş tutan iməclik zamanı 3 km sahil zolaginda, 3500 kvadrat metr sahədə, atılmış ümumi həcmi 5 m³ bərk məişət tullantıları, xüsusilə də, plastik qablar, polietilen torbalar və külək nəticəsində sahilə cıxmış 12ədəd, 120 metr uzunluqda sintetik torlar ərazidən təmizlənərək aidiyyəti üzrə şəhər poliqonuna daşınmışdır. Ümumilikdə 120 nəfərin iştirak etdiyi iməclik zamanı iştirakçılar arasında bərk məişət tullantılarının düzgün idarə olunması sahəsində zəruri maarifləndirmə işləri də aparılıb.
    Vətəndaşlarımızdan xahiş olunur ki, təbiəti, ətraf mühiti çirkləndirməyək və şəhərimizi məişət tullantıları ilə zibilləməyək.
Keçidlər