Lənkəranda növbəti əmək yarmarkası keçirilib
26 may 2023-cü il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Lənkəran - Astara Regional Məşğulluq filialı tərəfindən Lənkəran şəhərində növbəti əmək yarmarkası keçirilib. Regionda təşkil olunan sayca 3-cü əmək yarmarkasında Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə, Lənkəran-Astara Regional Məşğulluq filialının müdiri və digər rəsmi şəxslər iştirak ediblər. Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunan əmək yarmarkasına Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən 31 idarə, müəssisə, təşkilat və fərdi sahibkar işəgötürən qismində qatılıb. İşsiz və işaxtaran şəxslər işəgötürənlər tərəfindən təqdim edilən 900-dən çox vakansiya ilə tanış olmaq imkanı əldə ediblər. Vakansiyalar üzrə müraciət edən şəxslərin anket məlumatları (CV forması) qəbul edilərək nəzərdən keçirilib və uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar. Yarmarkada işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri barədə ətraflı məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib.
Qeyd edək ki, il sonunadək Lənkəran-Astara iqtisadi rayonunda daha bir əmək yarmakanın keçirilməsi planlasdırılıb.