Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda növbəti ekoloji aksiya Xəzər dənizinin Sütəmurdov kəndi ərazisindəki sahil zolağında keçirilib

02 sentyabr 2023 | 09:12
   2 sentyabr 2023-cü il tarixdə Lənkəranda növbəti ekoloji aksiya keçirilib. Lənkəran Şəhər​ İcra Hakimiyyətinin və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı, o cümlədən Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi, Lənkəran şəhər Yaşıllaşdırma Müəsissəsinin və Mənzil Təsərrüfatı İdarəsinin əməkdaşlarının ümumilikdə 50 nəfərin iştirak etdiyi aksiya Sütəmurdov kəndinin Xəzər dənizinin sahil zolağında, 15 km ərazidə keçirilib. Aksiya zamanı ərazidən bərk məişət tullantıları, müxtəlif plastik qablar, polietilen torbalar yığışdırılaraq​aidiyyəti üzrə tullantı poliqonuna daşınıb.
Keçidlər