Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda növbəti ekoloji aksiya keçirilib

16 sentyabr 2023 | 15:52
   16 sentyabr 2023-cü il tarixdə Lənkəranda növbəti ekoloji aksiya keçirilib. Lənkəran Şəhər​İcra Hakimiyyətinin və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı, o cümlədən Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi, Lənkəran Şəhər Yaşıllaşdırma Müəsissəsi, Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi, Hirkan Milli Parkı, Cənub Regional Hidrometeorologiya Mərkəzi, 1 və 11 saylı Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşlarının birgə iştirakı ilə Lənkəran şəhəri, Bayraq meydanının yaxınlığında Xəzər dənizinin sahil zolağında və Masallı rayonu, Masallı meşəbəyliyinin 21 saylı dolayında ümumilikdə 20000 kv.m sahədə​təmizlik aksiyaları keçirilib. Aksiya zamanı ərazilərdən​ümumi həcmi 350 kq olan bərk məişət tullantısı, müxtəlif plastik qablar, polietilen torbalar yığışdırılaraq​aidiyyəti üzrə tullantı poliqonlarına daşınıb. Ümumilikdə 100 nəfərin iştirak etdiyi iməcliklər zamanı iştirakçılar arasında bərk məişət tullantılarının düzgün idarə olunması sahəsində zəruri maarifləndirmə və məlumatlandırma işləri də aparılıb.
Keçidlər