Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Milli Qurtuluş Gününü qeyd olunub

15 iyun 2024 | 10:52

    15 iyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsi kimi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Bu gün eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi.

  15 İyun- Milli Qurtuluş Günü respublikanın bütün ərazilərində olduğu kimi Lənkəranda da qeyd olunub. Səhər saatlarından başlayaraq Ulu Öndərin Lənkəran şəhər Heydər Əliyev parkında ucaldılmış abidəsi Lənkəran Şəhər İcra Hakimmiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının kollektivi, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, hərbi qulluqçular, idarə, müəssisə və təşkilatların əməkdaşları, habelə geniş ictimaiyyət tərəfindən ziyarət olunub, Ümummilli Lider Heydər Əliyevə olan hörmət və ehtiram ifadə edilib.

  Rayon rəhbərliyində təmsil olunan vəzifəli şəxslər daha sonra Heydər Əliyev muzeyinə baş çəkiblər, Ulu Öndərinhəyat və fəaliyyətini əks etdirən fotostendlərlə tanış olublar,  büstü önünə tər güllər düzüblər. 

  Müstəqil Azərbaycanın memarı Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzindəki abidəsi gün ərzində ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunub.

  Qeyd edək ki, Milli Qurtuluş Günü ilə bağlı rayonun təhsil, mədəniyyət,  gənclər, səhiyyə və digər müəssisələrində silsilə tədbirlər keçirilib.

 

 

 

Keçidlər