Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Milli Qurtuluş Gününə həsr olunan “Heydər Əliyevin xilaskar qayıdışı” adlı konfrans keçirilib

14 iyun 2023 | 16:50

     İyunun 14-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan  “Heydər  Əliyevin xilaskar qayıdışı” adlı konfrans keçirilib.  Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran Dövlət Universitetinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbir Ulu Öndərin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səslənməsi ilə başlayıb. Giriş nitqi ilə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tarixi dövrü geniş, əhatəli və məzmunlu şəkildə analiz edərək bildirib ki, bu tarixi hər bir vətəndaşımızın, xüsusilə uşaqlarımızın və gənc nəslin dərindən öyrənməsi, bilməsi vacibdir. “Dövlətin müstəqilliyni itirmək, hətta tarix səhnəsindən silinmək astanasında olduğu dövrü hər bir azərbaycanlının dəqiqliyi ilə öyrənməsi, analiz etməsi və baş verənlərdən nəticə çıxartması həyati əhəmiyyətə malikdir” deyən natiq sözügedən tarixi “milli varlığımızın təvəllüd günü” olaraq səciyyələndirib. Taleh Qaraşov AXC-Müsavat hakimiyyəti dövründə ölkəmizin strateji cəhətdən əhəmiyyətli ərazilərinin itirildiyini, yeni ərazi itkiləri üçün real təhlükə yarandığını, nizami ordunun olmadığını və inflyasiyanın dərinləşdiyini vurğulayıb. İcra başçısı eyni zamanda dövlət quruculuğunun başlı-başına buraxılmasına, xarici siyasətdə kobud səhvlər və ifrat subyektivizm hallarının ölkəmizin dünya miqyasında təklənməsilə nəticələnməsinə diqqəti çəkib. Dövrün və baş verən siyasi proseslərin canlı şahidi kimi real mənzərəni konfrans iştirakçıları ilə bölüşən natiq olduqca ağır bir vəziyyətdə Azərbaycan xalqının təkidli tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıtdığını bildirib. Taleh Qaraşov böyük siyasi ustalıq, dərin zəka, dövlətçilik təcrübəsi ilə Ulu Öndərin bütün maneələri aradan qaldırdığını və ölkəni dövlət böhranından xilas etdiyini vurğulayıb: ”Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı öz vətəndaşları üçün sakitliyin, vətəndaş həmrəyliyinin, əmin-amanlığın hökm sürdüyü, demokratik təsisatların fəaliyyəti üçün geniş şərait yaradıldığı bir ölkəyə, xarici sərmayəçilər üçün isə əlverişli imkanlar açan, hərtərəfli əməkdaşlığa hazır olan bir tərəfdaşa çevirdi”.

   Daha sonra LDU-nun dosentləri Zaur Məmmədov və Emin Məlikov, Darquba kənd tam orta məktəbinin direktoru Mais Kazımov müxtəlif istiqamətlər üzrə Ulu Öndərin xilaskar qayıdışı barədə məzurələr ediblər. Bildirilib ki, son dərəcə mürəkkəb və qarışıq bir şəraitdə Azərbaycan dövlətçiliyinin xilaskarı kimi yenidən siyasi hakimiyyət sükanı arxasına keçən Heydər Əliyev güclü əzmi və iradəsi ilə ölkəmizi düşdüyü ağır vəziyyətdən qurtarıb, qısa müddət ərzində beynəlxalq birliyin tamhüquqlu üzvlərindən birinə çevirib. Bir əsrdə ikinci dəfə milli dövlətçiliyi dağılmaq təhlükəsi qarşısında qalan Azərbaycan xalqı yalnız Heydər Əliyev dühasına, sarsılmaz iradəsinə, əzminə, zəngin dövlətçilik təcrübəsinə və siyasi fəhminə arxalanaraq, öz dövlətini qoruyub, qurub və möhkəmləndirib.

   Sonda Ümummilli Liderin xilaskarlıq missiyasına həsr olunan video-çarx nümayiş olunub.

Keçidlər