Lənkəranda Milli Mətbuat Günü ilə bağlı media nümayəndələrilə görüş keçirilib
22 iyul Milli Mətbuat Günü münasibəti ilə Lənkəran Şəhər İcra Hakimiyyətində (ŞİH) rayonda fəaliyyət göstərən media nümayəndələri ilə görüş keçirilib. Lənkəran ŞİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Cavad Miriyev mətbuat işçilərini bayramları münasibəti ilə icra başçısı Taleh Qaraşovun adından təbrik edib, onlara rayonun ictimai-siyasi həyatında baş verən informasiyaları doğru və operativ şəkildə ictimaiyyətə çatdırdıqları üçün təşəkkürünü bildirib. Media nümayəndələri də çıxışlarında qeyd ediblər ki, Ümummilli Liderin ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğvi ilə bağlı fərmanından sonra kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verilib, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətləri müəyyən edilib. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın media nümayəndələrinə diqqət və qayğısından danışan natiqlər KİV-lərə birdəfəlik yardımların göstərilməsinin, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamların mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsi olduğunu vurğulayıblar.