Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda kross qaçışı üzrə Azərbaycan yaz çempionatı keçirilib

17 aprel 2023 | 14:58

     Aprelin 16-da Lənkəran şəhərində Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Kross qaçışı üzrə Azərbaycan yaz çempionatı keçirilib. Lənkəran Olimpiya İdman Kompleksində baş tutan tədbirin rəsmi hissəsində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov giriş nitqi ilə çıxış edib. İcra başçısı Federasiyanın yeni rəhbərliyinin fəaliyyətinə uğurlar arzulayaraq bildirib ki, bölgələrdə kütləvi idman yarışlarının keçirilməsi gənc nəslin sağlam ruhda böyüməsi baxımından xüsusi önəmə sahibdir. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu idman siyasəti bu gün cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən laiqincə davam etdirilir və bu sahəyə xüsusi diqqət göstərilməsi dövlətin prioiritet istiqamətlərindəndir.

     Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov çıxışında bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində baş tutan kütləvi idman tədbiri gənclərin idmana olan maraqlarının daha da stimullaşdırmasına xidmət edəcək. Federasiya prezidenti qeyd edib ki, keçirilən yarışlar idmançıların dərəcələrini daha da artırması, beynəlxalq yarışlarda iştiraka vəsiqə qazanması və bütövlükdə bölgələrdə idmanın inkişafı və gənclərin idmana təşviqi baxımından böyük əhəmiyyət kəsb edir.

    Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva da çıxışında yarış iştirakçılarına uğurlar və güclünün qalib olmasını diləyib.      Dövlət Himninin səslənməsindən sonra çempionata start verilib. Yarışda 11 komanda ( Bakı, Naxçıvan, Gəncə, Bərdə, İsmayıllı, Xızı, Lənkəran, Astara, Təhsil - RİM, Təhsil 1 və Təhsil 5), ümumilikdə 170 idmançı iştirak edib. Qaliblər medal, hədiyyə və pul mükafatları ilə təltif olunublar.

 

Keçidlər