Lənkəranda “Konstitusiya və Suverenlik ili” çərçivəsində 2000 sərv ağacı əkilib
13 mart 2025 | 17:51
“Konstitusiya və Suverenlik İli” ilə bağlı təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq 13 martda Ələt-Astara avtomobil yolunun Lənkəran rayonundan keçən hissəsində ağacəkmə aksiyası keçirilib. Yerli idarə, müəssisə və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə baş tutan aksiyada yeni əkilən ağaclar suvarılıb və dayaqlarla bərkidilib.
Liman, Boladi, Girdəni, Haftoni, Qrumba, Şağlakücə, Kərgəlan, Şürük, Səpnəkəran və Sütəmurdov ərazilərində aparılan aksiya zamanı 2000 sərv ağacı əkilib.
Qeyd edək ki, ağacəkmə aksiyasının ilboyu davam etdirilməsi nəzərdə tutulub.