Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Lənkəranda kompleks mülkü müdafiə təlimi keçirilib

21 may 2026 | 09:43

18 - 20 may tarixlərində Lənkəran rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

Mülki müdafiə təlimində Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısının birinci müavini Mikayıl Cəfərzadə iştirak edib. Lənkəran ŞİH-nin 2026-cı il üçün tədbirlər planına və Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin 2026-cı il üçün hazırlıq planına müvafiq olaraq keçirilən kompleks mülki müdafiə təliminə FHN-nin Cənub Regional Mərkəzinin, Lənkəran rayonunun mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin texnikası və şəxsi heyəti cəlb edilib. Ümumilikdə kompleks mülki müdafiə təlimində 43 ədəd texnika və 208 nəfər şəxsi heyət iştirak edib.

Keçidlər