Lənkəranda ilkin mərhələdə 657 nəfərə “Müharibə veteranı” vəsiqəsi təqdim olunub
17 fevral 2023 | 16:35
Fevralın 17-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində bir qrup Vətən müharibəsi iştirakçısına “Müharibə veteranı” vəsiqələri təqdim edilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən ilkin mərhələdə 657 nəfər lənkəranlıya "Müharibə veteranı" vəsiqələri verilib. Qeyd edək ki, "Müharibə veteranı" vəsiqələrinin verilməsi prosesi mərhələli şəkildə həyata keçirilir.