Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda  “I Ləvəngi Festivalı” keçirilib

05 dekabr 2024 | 17:15

   Dekabrın 5-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) dəstəyi, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Parkında “I Ləvəngi Festivalı” keçirilib. Tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov, hüquq mühfizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

   Lənkəranın, eləcə də cənub bölgəsinin ən məşhur yerli təamı olan ləvənginin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması məqsədilə təşkil olunan festivalda ləvəngidən hazırlanmış müxtəlif növ yeməklər nümayiş etdirilib və Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən hər biri qiymətləndirilib, qaliblərə diplomlar təqdim olunub.

 Qeyd edək ki, 2021-ci ilin noyabrın 8-də UNESCO-nun Şəhərlər Platforması tərəfindən Lənkəran şəhəri “qastronomiya” tematikası üzrə yaradıcı şəhərlər sırasına daxil olub. Lənkəran mətbəxinin zənginliyinin tanıdılması istiqamətində indiyədək çoxsaylı tədbirlər keçirilib və işlərin davamı kimi təşkil olunan festivala istər yerli insanlar, istərsə də şəhərimizin qonaqları tərəfindən böyük maraq göstərilib.

  Festivalda Lənkəran, Astara, Masallı, Yardımlı, Lerik, Cəlilabad rayonlarında, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən bədii özfəaliyyət kollektivlərinin ifasında rəngarəng, ədəbi-bədii kompozisiyalar nümayiş olunub, müsiqi nömrələri səsləndirilib.

Keçidlər