Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib

14 mart 2023 | 16:11

    Martın 14-də Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Dövlət Universitetinin (LDU) birgə təşkilatçılığı ilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda elmi konfrans keçirilib. Lənkəran şəhər Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə rəsmilərlə yanaşı, elm adamları, ziyalılar və ictimaiyyətin aparıcı nümayəndələri iştirak ediblər. “Heydər Əliyev İli” çərşivəsində keçirilən konfransda giriş nitqi ilə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, azərbaycançılıq məfkurəsi millətçi ideologiyasından daha çox ümumbəşəri dəyərlərə əsaslanan ideologiyadır. Ulu öndərin “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır” fikrini xatırladan natiq qeyd edib ki, Heydər Əliyev azərbaycançılıq ideologiyasını irəli sürməklə eyni zamanda dövlətin bu istiqamətdə üzərinə düşən mənəvi öhdəliklərini, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirib. Onun sözlərinə görə, azərbaycançılıq, dövlət və dövlətçilik anlayışları bir medalyonun iki üzü olaraq qəbul olunmalıdır.

    Daha sonra LDU-nun tarix üzrə fəlsəfə doktoru, dossent Zaur Məmmədov “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, LDU-nun tarix üzrə fəlsəfə doktoru, dossent Kamal Mahmudov “Heydər Əliyev siyasətinin Moskva dövrü”, LDU-nun tarix üzrə fəlsəfə doktoru Emin Məlikov “Heydər Əliyev və cənub regionunun sosial iqtisadi inkişafı” mövzularında məruzə ilə çıxış ediblər. Natiqlər azərbaycançılıq məfkurəsinin yaranma tarixi, onun fəlsəfi və siyasi mənaları barədə konfrans iştirakçılarını məlumatlandırıblar. Bildirilib ki, azərbaycançılıq milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Ümummilli Liderin müəllifi olduğu, sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyidir. Vurğulanıb ki, azərbaycançılığın ümummilli ideologiyaya, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər azərbaycançılığı dövlətçiliyə tətbiq edərək bu məfkurəyə əsaslanan milli dövlət yaradıb, xalqda dövlətçilik hissini formalaşdırıb.

   Lənkəran ŞİH başçısı yanında İctimai Şuranın sədri Əlimərdan Əliyev çıxışında bildirib ki, Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsində, təbliğində, gənc nəslin milli-mənəvi ruhda tərbiyə edilməsində və ümumilikdə azərbaycançılıq məfkurəsinin möhkəm, etibarlı bazasının formalaşdırılmasında Ulu öndərin xidmətləri əvəzolunmazdır.

 

Keçidlər