Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Heydər Əliyev İli” sərçivəsində rəsm sərgisi keçirilib

29 aprel 2023 | 12:53

    Aprelin 29-da Lənkəran şəhər Heydər Əliyev xatirə parkında açıq havada rəsm sərgisi keçirilib. Sərgi Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin və Lənkəran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan rəsm sərgisində əsasən portret janrına üstünlük verilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov sərgidə nümayiş olunan hər bir əl işi ilə tanış olub və gənc rəssamlarla söhbət edib. Rəsm sərgisində gənc rəssamların nümayiş etdirdikləri əl işləri yerli ictimaiyyətin marağına səbəb olub və gənc nəslin incəsənətə olan marağının daha da artırılmasına xidmət edib.

Keçidlər